CanBaku.Net Facebookda

Dəhşət Dəhşət!!! ŞƏHİD GİZİRİMİZİN ŞƏKİLLƏRİ ODNOKLASSNİKİDƏ
Dəhşət Dəhşət!!! ŞƏHİD GİZİRİMİZİN ŞƏKİLLƏRİ ODNOKLASSNİKİDƏ

Dəhşət Dəhşət!!! ŞƏHİD GİZİRİMİZİN ŞƏKİLLƏRİ ODNOKLASSNİKİDƏ

Dəhşət Dəhşət!!! ŞƏHİD GİZİRİMİZİN ŞƏKİLLƏRİ ODNOKLASSNİKİDƏ

Dəhşət Dəhşət!!! ŞƏHİD GİZİRİMİZİN ŞƏKİLLƏRİ ODNOKLASSNİKİDƏ


Mübariz İbrahimovun cəsədinin düşmən əlində olduğu təsdiqləndi Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan giziri, Milli Qəhrəman Mübariz İbrahimovun cəsədinin şəkilləri ermənilər tərəfindən odnoklassniki.ru saytında yayılıb.

Qeyd edək ki, M.İbrahimovun şəhid olmasından 50 gündən çox vaxt keçsə də, ermənilər bildirirdilər ki, gizirin cəsədi onlarda deyil. Ermənilərin M.İbrahimovun cəsədinin şəkillərinin yaymaları bir daha sübut edir ki, cəsəd onlardadır. Milli Qəhrəmanın şəkillərinin ermənilər tərəfindən yayılması haqda musavat.com-a Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin (DEVAMM) rəhbəri Hacı İlqar İbrahimoğlu məlumat verib.
Xatırladaq ki, Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 2005-ci ildə M.Piriyev adına Əliabad kənd orta məktəbini bitirib. Həmin il hərbi xidmətə cağırılıb. Daxili Qoşunların N saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə xidmət edib, çavuş rütbəsi alıb. 2007-ci ildə hərbi xidməti başa vurduqdan sonra bir müddət mülki işlərdə çalışıb. 2009-cu ilin avqust ayında öz arzusu ilə hərbiyə qayıdıb. Bu dəfə artıq gizir kimi xidmət keçməyə başlayıb. 2010-cu ilin aprel ayından Tərtər rayonunun N saylı hərbi hissəsində xidmət edib. 2010-cu il iyunun 18-dən 19-na keçən gecə Tərtərin Çaylı kəndi istiqamətində Ermənistan silahlı qüvvələrinin hücumunu dəf edərkən altı erməni hərbçisini öldürərək şəhid olub.
İyulun 22-də prezident İlham Əliyev Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə gizir Mübariz Ağakərim oğlu İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verilməsi (ölümündən sonra) barədə sərəncam imzalayıb.

Mənbə: Musavat.com


Əgər ODNOKLASNIKI.RU saytında qeydiyyatınız varsa, xahiş edirik Allah xətrinə axtarışa

TEHLER YAN

adını axtarışa verin və ya buradan TEHLER YANın profili. Çıxan nəticədə şikayət bölümündən istifadə edərək zibili şikayət edin.
Baxılıb: 1798
Məlumat
Şərh Əlavə edə bilməniz üçün Saytımıza Qeydiyyat Olmanız Lazımdır.