|
|
|
|
 Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycanın Ordusunun daha bir əsgəri şəhid olub. Azərbaycan Müdafiə Nazirliyinin Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edən Goranboy rayon sakini, 19 yaşlı Vüqar Qabil oğlu Pənahir aldığı güllə yarasından keçinib. Bu barədə ANS PRESS-ə əsgərin qohumu, Goranboy şəhər sakini Kəmaləddin Sədulla oğlu Pənahir məlumat verib.
Rayon Hərbi Komissarlığından əsgərin ailəsinə bildirilib ki, V. Pənahir dünən gecə aldığı güllə yarasından həlak olub. Mərhumun meyidi bu gün hərbi hissədən onun yaşadığı Goranboy rayonunun Dəliməmmədli şəhərinə göndərilib.
Füzuli Rayon Hərbi Prokurorluğu ANS PRESS-ə faktı təsdiqləyib.
Qeyd edək ki, qohumlarının sözlərinə görə, V. Pənahir təxminən 4 ay bundan əvvəl də güllə yarası alaraq hospitala yerləşdirilibmiş. O, aprel ayının əvvəllərində hərbi xidmətdən tərxis olunmalı imiş.
Bu gün istirahət günü olduğundan faktla bağlı Müdafiə Nazirliyi ilə əlaqə saxlaya bilmədik.
Allah rəhmət eləsin!
Mənbə: AnsPress.com
|
 |
|
Baxılıb: 499
|
|
Məlumat
Şərh Əlavə edə bilməniz üçün Saytımıza Qeydiyyat Olmanız Lazımdır.