CanBaku.Net Facebookda

Sami Yusifdən Azərbaycana dəstək


Dünya şöhrətli müğənni, Azərbaycan əsilli Sami Yusif Xocalı soyqırımına etiraz edərək, azərbaycanlılara dəstək nümayiş etdirib. Müğənni xocalılara dəstək məqsədilə bəyanat yayıb. Bu barədə ANS PRESS-ə ifaçının Azərbaycandakı internet səhifəsinin rəhbəri Fuad Babayev məlumat verib.

Bəyanatın tam mətnini olduğu təqdim edirik:

"Biz heç bir zaman asılı olmayacağıq.
Keçmiş Sovet İttifaqında yerləşən Xocalıda törədilən kütləvi qırğının 18-ci ildönümü qeyd edildi. Azərbaycanda və dünyanın başqa yerlərində baş vermiş bu və digər saysız vəhşiliklər barədə hər yerdə səslənməliyik.
Biz səssizlərin və əzab çəkmişlərin səsiyik. Əgər biz sussaq, onların səsi susdurulacaq. O zaman bu əsarət özü qədər dəhşətli olmazmı? Hər kəsə sülh və xeyir - dua diləyirəm!

Sami Yusif"

Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən 7 min əhalisi olan Azərbaycanın Xocalı şəhərində soyqırım aktı törədilib. Əhalinin xeyli hissəsi 4 aydan artıq zaman ərzində mühasirədə olduğundan Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız təqribən 3 min insan qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər vəhşicəsinə ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca vəhşicəsinə qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

Mənbə: AnsPress.com
Baxılıb: 475

Нет наград :(
Adı: glamourka
Qeydiyyat tarixi:11.02.2010
Rəyləri: 59
Səviyyəsi: (0|0|0)
Xəbərləri: 1
ICQ: --

glamour_24
| 4 Mart 2010 12:07

sag olsun



Нет наград :(
Adı: Afran
Qeydiyyat tarixi:11.02.2010
Rəyləri: 263
Səviyyəsi: (0|0|0)
Xəbərləri: 1
ICQ: 584566027

Afran
| 4 Mart 2010 02:17

My brother Sami Yusuf.


Нет наград :(
Adı: tural ferecli
Qeydiyyat tarixi:11.02.2010
Rəyləri: 111
Səviyyəsi: (0|0|0)
Xəbərləri: 2
ICQ: --

danger_gs
| 2 Mart 2010 18:23

haladi sami yusife

Məlumat
Şərh Əlavə edə bilməniz üçün Saytımıza Qeydiyyat Olmanız Lazımdır.