CanBaku.Net Facebookda

Xocalı soyqırımı ilə əlaqədar Temza çayına 613 şar buraxılıb


Xocalı soyqırımının 18-ci ildönümü ilə bağlı Böyük Britaniyanın paytaxtı Londonda bir sıra tədbirlər keçirilib. ANS TV-nin məlumatına görə, Avropa Azərbaycan Dərnəyinin və Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən anım mərasimi "Savoy Pier" gəmisində reallaşıb. Mərasimdə Xocalıda qəddarcasına qətlə yetirilən 613 nəfərin xatirəsinə Temza çayına qərənfil və şarlar buraxılıb.

Daha sonra tədbir Qoldsmit Universtetində davam etdirilib. Təşkilatçı Avropa Azərbaycan Dərnəyinin sədri ( The European Azerbaijan Society )Tale Heydərov, belə tədbirlərin dünyanın müxtəlif yerlərində keçirilməsinin zəruriliyini bildirib.

“Türk və azərbaycanlıların bir erməni problemi var. Ermənilər bu günədək dünyanın hər yerində özlərinin haqlı olduğunu eşitdirirlər. Lakin biz indi bu kimi təşkilatlar yaratmaqla onların yaydığı yalanların üstünü açmağa, insanları gerçəklərlə üzləşdirməyə çalışırıq. Bu təşkilatlar sayəsində avropalılar yaşadıqlarımızı görür və bizləri anlamağa başlayırlar”, - deyə Taleh Heydərov qeyd edib.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov çıxış edərək Xocalı soyqırımı ilə bağlı məlumat verib. Səfir bildirib ki, Azərbaycan yaşadığı bu hadisənin izlərini hələ də daşıyır.

"Bunun böyük bir faciə olduğu və insanlara eşitdirilməsi əhəmiyyətlidir. Mən həyatlarını itirənlərə Allahdan rəhmət diləyirəm”, - deyə səfir bildirib.

Azərbaycanlı diplomat soyqırımın tanınması ilə əlaqədar təbliğatın gücləndirilməsi istiqamətində İngiltərə hökumətinə müraciət olunduğunu deyib.

Mənbə: AnsPress.com

Səhflər Barədə Məlumat Verin
Baxılıb: 454
Məlumat
Şərh Əlavə edə bilməniz üçün Saytımıza Qeydiyyat Olmanız Lazımdır.