|
|
|
|
 Bu gün Azərbaycan Milli Ordusunun daha bir əsgəri şəhid olub. ANS PRESS-in Qarabağ bürosunun verdiyi məlumata görə, 2009-cu ilin oktyabr ayında Xaçmaz rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan Rüstəmov Davud Rüstəmmurad oğlu şəhid olub. Günün ikinci yarısında Tərtər rayonunun Qapanlı kəndi istiqamətində Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində Milli Ordunun əsgəri başından güllə yarası alaraq şəhid olub.
Qeyd edək ki, bu gün saat 13:00 radələrində Ermənistan Silahlı Qüvvələri Tərtərin işğal altında olan Talış kəndi ərazisində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ərazisində yerləşən mövqelərini atəşə tutması nəticəsində Milli Ordunun əsgəri, Şəki rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağrılmış Sahil Novruz oğlu Məmmədov düşmən gülləsinə tuş gəlib. Saat 15:00 radələrində isə Ağdam rayonun işğal altındakı Gülçülük Sovxozu ərazisindən ermənilərin atəş açması nəticəsində əsgər Xəyal Bəşər oğlu Fərəcov həlak olub. O, Masallı rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağrılıbmış.
Cəbhənin Tərtərin Qapanlı kəndi istiqamətində atəşkəsin pozulması nəticəsində isə milli ordumuzun bir əsgəri yaralanıb. O, hospitala yerləşdirilib.
Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nəcməddin Sadıxov ANS-ə açıqlamasında qarşı tərəfin Azərbaycan Silahlı Qüvvələrinin apardığı təlimlərlə əlaqədar xüsusi fəallaşdığını qeyd edib və xəbəri təsdiqləyib. N.Sadıxov bildirib ki, Azərbaycan tərəfindən adekvat tədbirlər görülüb.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu isə bildirib ki, həqiqətən də bu gün atışma baş verib. “Ümumiyyətlə son günlər cəbhə xəttində atəşkəs rejimi erməni Silahlı Qüvvələri tərəfindən tez-tez pozulur və bu zaman itki qaçılmazdır. Bu gün də cəbhənin müxtəlif istiqamətlərində intensiv atışmalar olub. Nəticədə Milli Ordunun 3 əsgəri şəhid olub. Düşmən tərəfi də bizdən az itki verməyərək geri çəkilmişdir", - deyə o bildirib.
O həmçinin qeyd edib ki, bir nəfər əsgərimiz yaralanıb. Hazırda onun vəziyyəti kafidir.
Mənbə: AnsPress.com
|
 |
|
Baxılıb: 410
|
|
Məlumat
Şərh Əlavə edə bilməniz üçün Saytımıza Qeydiyyat Olmanız Lazımdır.