CanBaku.Net Facebookda

Amerikanın maliyyə jurnalı “Forbes Magazine” keçirdiyi mətbuat konfransında dünya milyarderlərinin siyahısını açıqlayıb. Artıq 13 ildir bu siyahıda birinci yerdə olan Bill Qeys bu il iki pillə geri gedərək 3-cü yerdə qərarlaşıb. Jurnal “Palmali” şirkətlər qrupunun prezidentinin sərvətinin 1,3 milyard dollar olduğunu bildirib

Birinci yeri isə amerikalı iş adamı Uarren Baffet tutub. Mətbuat konfransında verilən məlumata görə, siyahıda adı açıqlanan 946 nəfərin sərvətinin ümumi məbləği 3,5 trilyon dollardır. Siyahıda 83 milyarder qadın var. O cümlədən 178 nəfər yeni siyahıya bu il daxil olub.
Qonşu Türkiyə cumhuriyyəti ABŞ, Almaniya, Rusiya, Hindistan və İngiltərədən sonra 26 milyarderlə siyahıda 6-cı ölkə olub. Siyahıya 1,3 milyard dollarlıq sərvəti ilə azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Məsimov da daxil olub. 39 yaşlı Məsimov Forbes siyahısındakı ən gənc işadamıdır.

Siyahının ilk 10 zəngini:

1 - Uarren Buffet (62 milyard dollar)
2 - Mekahaalı iş adamı Karlos Slim Helu (60 milyard dollar)
3 - Bill Qeys (58 milyar dolar)
4 - Hindistanlı iş adamı Lakşmi Mittal (45 milyard dollar)
5 - Hindistanlı iş adamı Mukeş Ambani (43 milyard dollar)
6 - Hindistanlı iş adamı Anıl Ambani (42 milyard dollar)
7 - İsveçli iş adamı Ingvar Kamprad (31 milyard dollar)
8 - Hindistanlı iş adamı K.P.Sinq (30 milyard dollar)
9 - Rusiyalı iş adamı Oleq Deripaska (28 milyard dollar)
10 - Almaniyalı iş adamı Karl Albrext (27 milyard dollar)
Baxılıb: 935
Məlumat
Şərh Əlavə edə bilməniz üçün Saytımıza Qeydiyyat Olmanız Lazımdır.