CanBaku.Net Facebookda

"Eurovision-2009"da səslənəcək mahnı bu həftə məlum olacaq

Bu ilin mayında Moskvada keçiriləcək "Eurovision-2009" mahnı müsabiqəsində Azərbaycan tərəfdən ifa olunacaq mahnı bu həftə məlum olacaq. Bu barədə məlumatı "Eurovision-2009" müsabiqəsinin Azərbaycan üzrə nümayəndə heyətinin mətbuat katibi Leyla Əliyeva verib. Onun sözlərinə görə, bəstəkarlar tərəfindən İctimai Televiziya və Radio Yayımları Şirkətinə təqdim olunmuş mahnılar arasında seçim aparılır. Artıq 30-a yaxın bəstəkar İTV-yə öz mahnısını göndərib. Leyla Əliyeva onu da qeyd etdi ki, heyətdə 7 nəfərdən ibarət münsif - İTV-nin baş direktoru İsmayıl Ömərov, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun icraçı direktoru İbrahim Quliyev, Beynəlxalq Musiqi Şurasının Azərbaycan Milli Musiqi Komitəsinin prezidenti Lalə Kazımova, Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Mənzər Nurəliyeva və Gənclər və İdman Nazirliyinin nümayəndəsi Fərhad Hacıyev təmsil olunacaq.
Baxılıb: 548
Məlumat
Şərh Əlavə edə bilməniz üçün Saytımıza Qeydiyyat Olmanız Lazımdır.