Cənab Tural: Özünüzü tanıdardız.
BARIS_A: Sərxan Baxşəliyev
Cənab Tural: Sizi bizə və ən əsası da saytınızın userlərinə tanıdan statusunuz belə deyək də bir növ virtualda olan vəzifəniz olub: Admin. Bu günə qədər nə qədər vəzifəniz tələb edibsə ciddi görünməyi bu gün də biz xaish edirik suallarımızda tam səmimi olmağı. Adminliyə gətirən cığır hardan başladı? Bu istəyin yaranma səbəbi?
BARIS_A: Sadəcə buna olan həvəsimdən marağımdan
Cənab Tural: Əgər admin olmasaydınız hansı statusunu sahibi olardınız?
BARIS_A: Adminlikdən başqa ola bilmərəm
Cənab Tural: Əlinizdəki imkanlardan sui-istifadə etdiyiniz an olubmu?(tam səmimi)
BARIS_A: Xeyr əksinə məndən istifadə ediblər admin olduğuma görə
Cənab Tural: Admin olmaq üçün ilk növbədə hansı xüsusiyyətlərə malik olmalısan?
BARIS_A: Hər şeyə diqqət etməlisən, dostlarla əlaqə qurmağı bacarmalısan, hər şeydən anlayışın olamlıdı
Cənab Tural: Virtual vəzifənizdən bezdiyiniz gün olubmu?
BARIS_A: Yox əgər işi həvəslə edirəmsə bezmirəm
Cənab Tural: Bu günə qədər öz qoyduğunuz mövzuların içində ən çox sevdiyiniz mövzu?
BARIS_A: Çoxdu... Özüm seçdiyim xəbərlərimin hamısını xoşlayıram, ən çox da “İslah” surəsini, çünki o xəbərdən hər kəs faydalandı
Cənab Tural: Saytdakı istifadəçilərdən hər biri adminə əziz olur ayrı-ayrılıqda. Amma həmişə bir istifadəçi olur ki, onun yeri admin üçün xüsusi olur. O kimdir?
BARIS_A: Var
Cənab Tural: Kimi ban etmək keçib ürəyinizdən üç dəfə? Və niyə? Və nəyə görə də ban etməmisiniz?
BARIS_A: Heç kimi... etməli olsam özünü adam kimi aparmayanı edərəm
Cənab Tural: Bilsəniz ki, istifadəçilər sizi üzdə belə deyəkdə çox istəmələrinə baxmayaraq arxada tam əksidir yəni sizi heç istəmirlər həmin an səmimi olaraq nə edərsiniz?
BARIS_A: Birinci o mümkün deyil amma elə olsaydı onunla əlaqəmi kəsərdim o zamanda o məni axtarardı
Cənab Tural: Hansı istifadəçidən heç narahat deyilsiniz? Yəni el dilində desək o istifadəçidən gözünüz arxada deyil?
BARIS_A: “Citdan” nikindən
Cənab Tural: Niyə bəzi saytlar istisna olmaqla müxtəlif sayt adminləri arasında əsl düşmənçiliyə bənzər bir növ rəqabət gedir?
BARIS_A: Belə deyəkdə heç kəs öz ayranına turş deməz. Mən düşmənçilik deməzdim. Hər birimiz gənc nəsli yaxşı yola çəkməyə çalışırıq və ən yaxşı olmaq üçün rəqabət lazımdır
Cənab Tural: Niyə hər kəs reklamını paylasa da, “Bizim reklama ehtiyacımız yoxdur” deyir?
BARIS_A: Özlərini yetəri qədər reklam edəndən sonra hər kəs elə deyir
Cənab Tural: Niyə hər hansı layihə zamanı əlində İP-lərə baxmaq səlahiyyəti olmayan redaktorlar belə “İP-lərə nəzarət edirəm” deyir?
BARIS_A: Kiməsə özünü göstərmək üçün.
Cənab Tural: Həyatda ən gözəl status hansıdır?
BARIS_A:Dürüst olmaq, belə dəyərdim
Cənab Tural: Əgər adminlikdən çıxıb getməli olsaydınız yerinizi təmənnasız olaraq hansı istifadəçiyə verərdiniz?
BARIS_A: Dostuma
Cənab Tural: Ban olunduğunuz sayt olub? Mütləq deyil adını çəkməniz amma olub-olmadığı mütləqdir.
BARIS_A: Xeyr olmayıb
Cənab Tural: Böyük, maraqlı yoxsa qərəzsiz. Hansına daxildir saytınız?
BARIS_A: Hələki böyük deyil, maraqlıdır tam dəqiq isə qərəzsisdir
Cənab Tural: Status nəyə görə verilir?
BARIS_A: İşləyə biləcəyi vəzifəsinə görə
Cənab Tural: Bir gün hər kəs yəni bütün istifadəçilər sizi tək tənha qoyub getsələr onları geri çağırardınız yoxsa saytınıza yeni istifadəçilərin gəlişini gözləyərdiniz?
BARIS_A: Bu baş verməz mən belə düşünürəm, çünki biz onların sevgisini qazanmışıq əgər olsa heç birinə heçnə demərəm
Cənab Tural: Virtual aləm insanı bir növ özünə çəkir. Real aləmə baş çəkməyə neçə saat vaxtınız qalır?
BARIS_A: Hər halda real aləmə daha çox vaxt ayırıram
Cənab Tural: Mərasim (Party) təşkil etmək adminlərə niyə maraqlı olur?
BARIS_A: Çünki gördüyümüz işlərin bəhrəsini necə əldə etdiyimizi görmək üçün
Cənab Tural: Saytınızın qəfildən hack xəbərini eşitsəniz və saytınızın vebmasteri də indi çağırılması mümkün olmayan yerdədir. İlk təcili yardım kimi hansı vasitəyə əl atardınız?
BARIS_A: Onu, o anda fikirləşə bilərəm
Cənab Tural: Özünüzü ədalətli admin hesab edirsiniz.Hə və ya yox cavabından asılı olmayaraq əsaslandırın.
BARIS_A: Hə. Çünki mən haqq tərəfdarıyam həmişə
Cənab Tural: Hər-hansı bir xəbər yerləşdirərkən müəllif hüquqlarını qoruyursuz?
BARIS_A: Çalışıram
Cənab Tural: Briliant istifadəçilər doğurdanmı adminin sevdiyi olur?
BARIS_A: Təbii ki...
Cənab Tural: Ban edib sonra peşman olduğunuz istifadəçi?
BARIS_A: Yoxdu əgər ban etmişəmsədə peşman olmaram
Cənab Tural: İtirmək istəmədiyiniz istifadəçi var?
BARIS_A: Var
Cənab Tural: Hansı sual qaldı ki sizin ürəyinizdən keçdi amma bizim dilimizdən çıxmadı?
BARIS_A: Yox yadıma düşmədi
Cənab Tural: Bizə sözünüz.
BARIS_A: Yoxdu çox sağol
Cənab Tural: Bizə vaxt ayırdığınız üçün sizə təşəkkür edirəm
BARIS_A: Buyurun
Xəbəri hazırlayanlar:
Sualları hazırladı: damla_
Müsahibəni götürdü: Tural2008