CanBaku.Net Facebookda


Tural2008: Özünüzü tanıdardız.

Ragin Esperanza: Ragin Xanım Esperanza ( Aznetin İlk Adminə Xanımı )

Tural2008: Sizi bizə və ən əsası da saytınızın userlərinə tanıdan statusunuz belə deyək də bir növ virtualda olan vəzifəniz olub: Admin. Bu günə qədər nə qədər vəzifəniz tələb edibsə ciddi görünməyi bu gün də biz xaish edirik suallarımızda tam səmimi olmağı. Adminliyə gətirən cığır hardan başladı? Bu istəyin yaranma səbəbi?

Ragin Esperanza: İlk dəfə bir neçə il qabaq hansısa sayta daxil oldum. Xəbərlərin hansı qayda ilə yerləşdirilməsi maraqlı gəldi sonradan bu maraqı daha da təkminləşdirdim və bir sayta redaktor kimi təklif aldım. Ondan sonra dostlamarımla birgə Favorit.az saytını açdıq.Və ilk dəfə olaraq mən AzNeT də xanım adminə oldum.

Tural2008: Əgər admin olmasaydınız hansı statusun sahibi olardınız?

Ragin Esperanza: Yəqinki adi istifadəçi.Mən ya maxsimum ya da minimumla razılaşıram.

Tural2008: Əlinizdəki imkanlardan sui-istifadə etdiyiniz an olubmu?(tam səmimi)

Ragin Esperanza: Bəli olub. Məncə bu hər bir insanda olur. Kim desəki məndə olmur deməli, o insan səmimi cavab vermir.

Tural2008: Admin olmaq üçün ilk növbədə hansı xüsusiyyətlərə malik olmalısan?

Ragin Esperanza: Məncə admin statusunu almaqla deyil admin olan insanda gərək qurmaq yaratmaq idarə etmək qabilliyyəti ,sonra yeni-yeni ideyaları olmadır. Hər dəfə istifadəçilərə nəsə qeyri-adi bir xəbər sərgiləməlidi , buna isə qabilliyət fərasət lazimdı. Admində fərqlənmək xususiyyəti olmalıdı.

Tural2008: Virtual vəzifənizdən bezdiyiniz gün olubmu?

Ragin Esperanza: Xeyr

Tural2008: Bu günə qədər öz qoyduğunuz mövzuların içində ən çox sevdiyiniz mövzu?

Ragin Esperanza: Yerləşdirdiyim xəbərlərin 60%-i demək olarki exclusive xəbərlərdi. 40%-i isə öz zövqümə seçilən və saytda bəyənilən xəbərlərdən olub. Ona görədə, Mənim üçün bütün xəbərlərim xoşdu.Əsasəndə Exclusivlər)). Ancaq 1 xəbər varki onu tam semimi qelbden düzəltmişdim.Çox sevindiyim günlərdən birində. Oda ki Mənim əzizlərimin ad gününə aid olan xəbər idi. Saytımızın Adminləri Əşrəf və Nejefin ( iki qardaşların) ad gününə aid olan xəbəri...

Tural2008: Saytdakı istifadəçilərdən hər biri adminə əziz olur ayrı-ayrılıqda. Amma həmişə bir istifadəçi olur ki, onun yeri admin üçün xüsusi olur. O kimdir?

Ragin Esperanza: Saytda bütün istifadəçilərimizə hörmətlə yanaşıram. Ancaq 1 xanım qiz var onun mənim üçün xusisi yeri var. Oda ki xuraman85 ləqəbli əvvəl istifadəçimiz idi indi isə redaktorumuzdu. Mənə yaxın olan insanlardan biri.

Tural2008: Kimi ban etmək keçib ürəyinizdən üç dəfə?Və niyə? Və niyə görə də ban etməmisiniz?

Ragin Esperanza: Hər istifadəçi layiq olduğunu alır. Administrasiya tərəfindən əgər bir istifadəçi ban olunmağa layiqdirsə ona tərəddüt etmədən ban verirəm.

Tural2008: Bilsəniz ki, istifadəçilər sizi üzdə belə deyəkdə çox istəmələrinə baxmayaraq arxada tam əksidir yəni sizi heç istəmirlər həmin an səmimi olaraq nə edərsiniz?

Ragin Esperanza: Onsuz bu situasiya indidə davam edir. onlara həçnə eləmirəm sadəcə fikir vermirem. Çünki bu normal haldı. Hər kəs məni sevə bilməzki )) Təbii ki sevmiyənlərdə var. Hamı məni sevsəydi həyat maraqsız olardı )

Tural2008: Hansı istifadəçidən heç narahat deyilsiniz? Yəni el dilində desək o istifadəçidən gözünüz arxada deyil.

Ragin Esperanza: Gunel_M ləqəbli istifadəçi

Tural2008: Niyə bəzi saytlar istisna olmaqla müxtəlif sayt adminləri arasında əsl düşmənçiliyə bənzər bir növ rəqabət gedir?

Ragin Esperanza: Bu yalnız virtualda saytlar arasında yox. Elə realda istənilən firmalar istənilən şirkətlər arasında gedir. Sadə bir misal çəkim. Əgər bizdə hansısa exclusivə xəbər gedirsə, ona digər sayt adminin reaksiyası mənfi olur. Bir biznəsdə birdə sayt adminləri arasında heç vaxt tam səmimi dostluq ola bilməz. Əgər əvvəlcədən var idisə o dostluq, sayta görə mütləq itəcək. (Əgər hərəsinin ayrı-ayrı saytları varsa).

Tural2008: Niyə hər kəs reklamını paylasa da, “Bizim reklama ehtiyacımız yoxdur” deyir?

Ragin Esperanza: İstənilən brendin reklama ehtiyacı var. O cümlədən saytın. Məncə o cümləni işlətmək lovğalıqdır.

Tural2008: Niyə hər hansı layihə zamanı əlində İP-lərə baxmaq səlahiyyəti olmayan redaktorlar belə “İP-lərə nəzarət edirəm” deyir?

Ragin Esperanza: Düzü siz dediyiniz halla hələki rastlaşmamışam.Yəqin həmin redaktor, redaktorun səlahiyyətindən başı çıxmayan istifadəçidə özü haqda fikir formalaşdırmaq istəyir.

Tural2008: Həyatda ən gözəl status hansıdır?

Ragin Esperanza: İnsanlıq statusu məncə bu anlayışın arxasında bütün insani keyfiyyətlər durur.

Tural2008: Əgər adminlikdən çıxıb getməli olsaydınız yerinizi təmənnasız olaraq hansı istifadəçiyə verərdiniz?

Ragin Esperanza: MoskvAysel (bacım)

Tural2008: Ban olunduğunuz sayt olub? Mütləq deyil adını çəkməniz amma olub-olmadığı mütləqdir.

Ragin Esperanza: Olub. Cəmi 2 saytda ban olunub nikim. Nikim ama özüm yox. Çünki məni ban eləmək üçün gərək o insan bu hərəkəti virtualda yox realda eləsin. Özümü çox yaxşı tanıdığıma görə tam səmimi və əminliklə deyə bilərəmki aznətdə bu hərəkəti eden adminlər realda 100% edə bilməz.İstərdim Səbəbləri açıqlayım. Ban olunma sebebi. İlk defe nikimi ban edibler düz danışdığıma görə. Yəqin adminə sərf eləmir düz danışan istifadəçilər.Yaltaqlar sərf edir ancaq. 2-ci dəfə isə mənə heçnə demədən nikimi ban ediblər özüdə redaktor olduğum saytda. Səbəb yenə düz danışmağım və admindən qorxmayıb onun sevdiyi qiza (acı həqiqətləri) açıqlamağım olub. Yenədə düz söz danışdığıma görə...

Tural2008: Böyük, maraqlı yoxsa qərəzsiz. Hansına daxildir saytınız?

Ragin Esperanza: Hələki böyük deyilik. Maraqlı olub olmadığını istifadəçilərdən soruşmaq lazımdı amma qərəzsiz olmağımızı əminliklə deyə bilərəm.

Tural2008: Status nəyə görə verilir?

Ragin Esperanza: Aktivliyə görə

Tural2008: Bir gün hər kəs yəni bütün istifadəçilər sizi tək tənha qoyub getsələr onları geri çağırardınız yoxsa saytınıza yeni istifadəçilərin gəlişini gözləyərdiniz?

Ragin Esperanza: Gedən bizi itirir biz gedəni yox. Ona görədə yeni istifadəçiləri gözləyərik. Necə deyərlər gedəni qaytarmazlar.

Tural2008: Virtual aləm insanı bir növ özünə çəkir. Real aləmə baş çəkməyə neçə saat vaxtınız qalır?

Ragin Esperanza: Vaxtımın çoxunu sayta sərf etdiyimə görə internetdə çox oluram.Ancaq real həyatımı unutmuram. Hər ikisinə vaxt ayırıram. Nə real həyatım virtualdan narazı deyil, nədəki virtual həyatım realdan narazı deyil.

Tural2008: Party təşkil etmək adminlərə niyə maraqlı olur?

Ragin Esperanza: Səbəb məncə sadədir. Party təşkil edən admin bir neçə maraq güdür. Reytinq, qazanc ən sonda əyləncə.

Tural2008: Saytınızın qəfildən hack xəbərini eşitsəniz və saytınızın vebmasteri də indi çağırılması mümkün olmayan yerdədir. İlk təcili yardım kimi hansı vasitəyə əl atardınız?

Ragin Esperanza: Dərhal saytda təmir işləri getməsini yazardım =)

Tural2008: Özünüzü ədalətli admin hesab edirsiniz.Hə və ya yox cavabından asılı olmayaraq əsaslandırın.

Ragin Esperanza: Bəli özümü nəyinki ədalətli admin, ədalətli insan hesab edirəm. Qanımdadı.

Tural2008: Hər-hansı bir xəbər yerləşdirərkən müəllif hüquqlarını qoruyursuz?

Ragin Esperanza: Açıq desəm bəzən yox

Tural2008: Briliant istifadəçilər doğurdanmı adminin sevdiyi olur?

Ragin Esperanza: Bizdə elə bir status yoxdu yəni heçnə deyə bilmərəm o barədə.

Tural2008: Ban edib sonra peşman olduğunuz istifadəçi?

Ragin Esperanza: Etdiyim hərəkətlərə görə sora peşmançılıq eləməyi sevmirəm. Qaldıki istifadəçini ban eləməyimə əgər o istifadəçi buna layiq olubsa niyədə peşman olumki. Ban edib o insanı unutmuşam.

Tural2008: İtirmək istəmədiyiniz istifadəçi?

Ragin Esperanza: Hər istifadəçi bizə əzizdi. Heç bir admin heç bir istifadəçinin itirməsini istəməz.

Tural2008: Hansı sual qaldı ki sizin ürəyinizdən keçdi amma bizim dilimizdən çıxmadı?

Ragin Esperanza: AzNetdə özünüzə rəqib gördüyünüz sayt var? Bu sual

Tural2008: AzNetdə özünüzə rəqib gördüyünüz sayt var?

Ragin Esperanza: Var. Sözsüzki rəqib olmasa maraq olmaz. Amma həmin saytın adını çəkməyəcəm amma vaxt gələndə qeyd edəcəm

Tural2008: Bizə sözünüz.

Ragin Esperanza: Deyəsən saytınız yenidi sizlərə uğurlar arzu edirəm ümüdvaram fərqli lahiyələrinizlə seçiləcəksiz.

Tural2008: Saytımız 2007-dən fəaliyyət göstərir.Mən demək olarki təzəyəm bu işdə.Yenədə səmimi söhbətə görə təşəkkür edirəm.Çox təəssüfki suallarımız bitti.Gözəl cavablar aldım.Buna görə sizə təşəkkür edirəm.Bəzi saytlardan fərqli olaraq istəyimizi qəbul etdiyinizə görə çox sağ olun.Məndə sizlərə uğurlar və gözəl xəbərlər arzu edirəm.

Ragin Esperanza: Təşəkkür )



Xəbəri hazırlayanlar:
Sualları hazırladı: damla_
Müsahibəni götürdü: Tural2008
Baxılıb: 922

Нет наград :(
Adı: Hesen
Qeydiyyat tarixi:3.09.2007
Rəyləri: 207
Səviyyəsi: (0|0|0)
Xəbərləri: 64
ICQ: 713969

student_mgus
| 17 Aprel 2009 10:29

tural2008,
laughing cox saqol

Статус: istirahətdəyəm... :: Изменён: 16-06-2011, 17:27

Нет наград :(
Adı: Tural ??lisoy
Qeydiyyat tarixi:11.08.2008
Rəyləri: 106
Səviyyəsi: (1|1|0)
Xəbərləri: 885
ICQ: 580372893

tural2008
| 17 Aprel 2009 09:46

bahar_24,
Ragin xanim islerinizde ugurlar.
Tural senede tsk edirem ki, basqa saytlarin adiminleri ile bizleri yaxindan tanis edirsiniz



Sizde sag olunki, diqqet ayirib tesekkurunuzu bize cox gormursuz.Teki hami sizin kimi olsun.Reyleriniz bizim ucun cox onemlidir.Teshekkurler...


Нет наград :(
Adı: Bahar
Qeydiyyat tarixi:24.11.2008
Rəyləri: 296
Səviyyəsi: (0|0|0)
Xəbərləri: 31
ICQ: --

bahar_24
| 17 Aprel 2009 09:14

Ragin xanim islerinizde ugurlar.
Tural senede tsk edirem ki, basqa saytlarin adiminleri ile bizleri yaxindan tanis edirsiniz


Нет наград :(
Adı: VERY IMPORTANT PRINCESS
Qeydiyyat tarixi:6.01.2009
Rəyləri: 340
Səviyyəsi: (0|0|0)
Xəbərləri: 48
ICQ: --

VIP_Girl
| 16 Aprel 2009 15:20

maragli idi

İmza şəkili (userbar)

Нет наград :(
Adı: Hesen
Qeydiyyat tarixi:3.09.2007
Rəyləri: 207
Səviyyəsi: (0|0|0)
Xəbərləri: 64
ICQ: 713969

student_mgus
| 16 Aprel 2009 14:44

Ragin-Esperanza,
xanim qiz incimeyin men 2005 den aznetin xanim admini taniyiram 2005 de ozum elemishdim saytin admini amma siz 1 il belkede deyil cixmisiz )))

Статус: istirahətdəyəm... :: Изменён: 16-06-2011, 17:27

Нет наград :(
Adı: Ragin Xanim Esperanza (Xelefshinskaya)
Qeydiyyat tarixi:16.04.2009
Rəyləri: 1
Səviyyəsi: (0|0|0)
Xəbərləri: 0
ICQ: --

Ragin - Esperanza
| 16 Aprel 2009 14:23

Sitat: STUDENT_MGUS
musahbie cox maraqli idi amma aznetin ilk xanim adminesi deyil :)

Ragin Xanim Esperanza - Aznetin ilk "Admine" Statuslu Admine xanimi !


Нет наград :(
Adı: Hesen
Qeydiyyat tarixi:3.09.2007
Rəyləri: 207
Səviyyəsi: (0|0|0)
Xəbərləri: 64
ICQ: 713969

student_mgus
| 16 Aprel 2009 12:22

musahbie cox maraqli idi amma aznetin ilk xanim adminesi deyil :)subut lazim olsa gozum uste! laughing

Статус: istirahətdəyəm... :: Изменён: 16-06-2011, 17:27

Нет наград :(
Adı: Gunelka
Qeydiyyat tarixi:19.10.2007
Rəyləri: 202
Səviyyəsi: (0|0|0)
Xəbərləri: 32
ICQ: --

Gunelka
| 16 Aprel 2009 10:28

Bu admine xanimi demek olarki taniyiram. Teshekkurler musahibeye gore .
İmza şəkili (userbar)

Нет наград :(
Adı: SƏID
Qeydiyyat tarixi:7.09.2007
Rəyləri: 531
Səviyyəsi: (0|0|0)
Xəbərləri: 264
ICQ: 55

martin
| 16 Aprel 2009 10:26

Yaxindan Tanis Olmagina sadam cox sagol hazirlayanada Suallara cavab verenede i love you
İmza şəkili (userbar)
Məlumat
Şərh Əlavə edə bilməniz üçün Saytımıza Qeydiyyat Olmanız Lazımdır.