|
|
|
|
 Tural2008: Özünüzü tanıdın.
ANAR_admin: Bayramov Anar Vaqif oğlu
Tural2008: Sizi bizə və ən əsası da saytınızın istifadəçilərinə tanıdan statusunuz- belə deyək də ,bir növ virtualda olan vəzifəniz olub: Admin. Bu günə qədər nə qədər vəzifəniz ciddi görünməyi tələb edibsə,bu gün də biz sizdən suallarımızda tam səmimi olmağı xaiş edirik . Adminliyə gətirən cığır hardan başladı? Bu istəyin yaranma səbəbi?
ANAR_admin: Çox məsuliyyətli vəzifədi!!Bu istəyim çoxdan yaranıb...!Şükür Allaha reallaşdı...!!istəyirəmki saytımızda Aznetdə gənclərimiz üçün,ümumiyyətlə bütün Aznet istifadəçiləri üçün dəyərli,səviyyəli və lazımlı xəbərlər,məlumatlar verilsin!!Və əlimizdən gələn qədər çalışırıq!!Buna qiymətidə istifadəçilərimiz verirlər...
Tural2008: Əgər admin olmasaydınız ,hansı status sahibi olmaq istərdiniz?
ANAR_admin: Yalan nə deyim...ya ən azından “elit”....yadakı adi istifadəçi
Tural2008: Əlinizdəki imkanlardan sui-istifadə etdiyiniz an olubmu?(tam səmimi)
ANAR_admin: Arada ola bilər odaki elə-belə...
Tural2008: Admin olmaq üçün ilk növbədə hansı xüsusiyyətlərə malik olmalısan?
ANAR_admin: Əsası odurki sözün əsl mənasında insan olmalısan,xoş niyyətli olmalısan,səbrli olmalısan,ədalətli olmalısan,səmimi olmalısan...!!
Tural2008: Virtual vəzifənizdən bezdiyiniz gün olubmu?
ANAR_admin: Yalan nə deyim...səmimilik ən böyük insanlıkdı!!səbəbli olaraq olub amma arası-sıra!!
Tural2008: Bu günə qədər saytda öz yerləşdirdiyiniz mövzulardan ən çox sevdiyiniz mövzu?
ANAR_admin: Ən sevdiyim mövzu vallah indi tam olaraq yadıma düşmür...amma Azərbaycanımızla əlaqəli mövzuların hamısı!!
Tural2008: Saytdakı userlerden hər biri adminə əziz olur ayrı-ayrılıqda. Amma həmişə bir user olur ki, onun yeri admin üçün xüsusi olur. O kimdir?
ANAR_admin: "MuRaD_MN" həmişə bizimlə olub digər admin
Tural2008: Kimi üç dəfə ban etmək keçib ürəyinizdən ?Və niyə? Və niyə görə də ban etməmisiniz?
ANAR_admin: Bir istifadəçi olmuşdu..."LoVeR", həmdəki saytın redaktoru idi! İndi isə vip istifadəçidi! Çünki redaktor ola-ola arada özüdə bilmədən mənasız saytın əleyhine fikirlər falan yazırdı rəylərdə!!
Tural2008: Bilsəniz ki, istifadəçilər sizi üzdə -belə deyəkdə , çox istəmələrinə baxmayaraq arxada tam əksidir - yəni sizi heç istəmirlər ,həmin an səmimi olaraq nə edərsiniz?
ANAR_admin: Heçnə Allaha tapşıraram!!
Tural2008: Hansı istifadəçidən heç narahat deyilsiniz? Yəni el dilində desək o istifadəçidən gözünüz arxada deyil.
ANAR_admin: Hə var..."7xxxxxxx7" ləqəbli baş redaktorumuz!
Tural2008: Niyə bəzi saytlar istisna olmaqla müxtəlif sayt adminləri arasında əsl düşmənçiliyə bənzər bir növ rəqabət gedir?
ANAR_admin: Düzü mən özüm heç vaxt tam səmimi deyirəmki heç bir sayt admini ilə hər-hansı bir düşmənçilik rəqabətində deyiləm...!!! Rəqabət lazımdı amma sözün əsl mənasında sağlam rəqabət!!! Çünki nə qədərki rəqabət olacaq o qədərdə məsuliyyət olacaq!! Burdan yeri gəlmişkən bütün sayt adminlərinə salam və uğurlar arzu edirəm!!
Tural2008: Niyə hər kəs reklamını paylasa da, ama “Bizim reklama ehtiyacımız yoxdur” deyir?
ANAR_admin: Şəxsən mən öz adıma hər zaman çalışmışamki reytinqdə bizim saytdan aşağı olanlara əlimdən gələn qədər kömək edim!! Mənimdə saytımın reklama ehtiyacı var!! Məncə bütün saytların reklama ehtiyacı var hətta ən yüksəkdə olan saytında....!Düzü o sözü məndə anlamıram yəqinki özlərini çəkirlər...!! Amma lazim deyil elə!
Tural2008: Niyə hər hansı layihə zamanı əlində İP-lərə baxmaq səlahiyyəti olmayan redaktorlar belə “İP-lərə nəzarət edirəm” deyir?
ANAR_admin: Yəqinki özlərinin daha da yuxarda olmalarını bildirmək üçün!!
Tural2008: Həyatda ən gözəl status hansıdır?
ANAR_admin: Həyatda ən gözəl "status" əsl insan olmaq! Və Ailəyə sahib olub yaxşı Valideyin olmaq!!
Tural2008: Əgər adminlikdən çıxıb getməli olsaydınız yerinizi təmənnasız olaraq hansı userə verərdiniz?
ANAR_admin: "Tomak" saytımızın "Gold useri"!! Çünki çox həvəsli və çox dəyərli məlumatlar yerləşdirir!
Tural2008: Ban olunduğunuz sayt olub? Mütləq deyil adını çəkməniz ,amma olub-olmadığı mütləqdir.
ANAR_admin: Heç vaxt! Çünki özüm admin olduğum üçün bilirəm istifadəçi necə olmalıdır!
Tural2008: Böyük, maraqlı yoxsa qərəzsiz. Hansına daxildir saytınız?
ANAR_admin: Vallah bunu mən dəqiq deyə bilmərəm...istifadəçilər deyə bilər!! Amma məncə maraqlı...və qərəzsiz!
Tural2008: Status nəyə görə verilir?
ANAR_admin: Status istifadəçinin sayta olan fanatlığına,fəallığına və səmimiliyinə görə!!
Tural2008: Bir gün hər kəs yəni bütün istifadəçilər sizi tək tənha qoyub getsələr ,onları geri çağırardınız ,yoxsa saytınıza yeni istifadəçilərin gəlişini gözləyərdiniz?
ANAR_admin: Yox mən heç vaxt heç kimə yalvarmaram...özləri bilər...yəqinki yeni və sədaqətli istifadəçilər çağırardım!!
Tural2008: Virtual aləm insanı bir növ özünə çəkir. Real aləmə baş çəkməyə neçə saat vaxtınız qalır?
ANAR_admin: Vallah vaxtım olan kimi virtualda oluram...!! Amma ki, 50%-50% olur
Tural2008: Mərasim (Party) təşkil etmək adminlərə niyə maraqlı olur?
ANAR_admin: Çünki istifadəçilərini daha da yaxından tanımaq imkanı olur!
Tural2008: Saytınızın qəfildən hack xəbərini eşitsəniz və həmin an saytınızın vebmasteri çağırılması mümkün olmayan yerdədir. İlk təcili yardım kimi hansı vasitəyə əl atardınız?
ANAR_admin: Nə bilim o an heçnə etmək ağla düşmür! Sadəcə səbr edib bir yol axtararam!
Tural2008: Özünüzü ədalətli admin hesab edirsiniz?
ANAR_admin: Məncə hə...əlimdən gələn qədər calışıramki ədalətli olum!! Hər halda bu saytda bilinir!
Tural2008: Hər-hansı bir xəbər yerləşdirərkən müəllif hüquqlarını qoruyursuz?
ANAR_admin: Əlbəttə qoruyuram...calışıramkı orjinal olsun!! Amma ki məcburi hansısa müəllifin xəbəri olandada qaynağın bildirirəm!!Və bütün xəbər göndərən istifadəçilərimdəndə bunu tələb edirəm!
Tural2008: Briliant userlər doğurdanmı adminin sevdiyi olur?
ANAR_admin: O admindən aslıdır!
Tural2008: Ban edib sonra peşman olduğunuz user?
ANAR_admin: Yoxdu!
Tural2008: İtirmək istəmədiyiniz istifadəçi var?
ANAR_admin: Əlbəttə var!
Tural2008: Adını bilmək olar?
ANAR_admin: MuRaD_MN, 7xxxxxxx7 və Tomka
Tural2008: Hansı sual qaldı ki sizin ürəyinizdən keçdi ,amma bizim dilimizdən çıxmadı?
ANAR_admin: Bütün suallar həqiqətən düşünülmüş yaxşı suallar idi!! Ammaki bir sualda verə bilərdiniz...." İnanırsanmıki sizin saytınız ən yüksək reytinqə 1-ciliyə qalxacaq!!??"
Tural2008: İnanırsanmıki sizin saytınız ən yüksək reytinqə 1-ciliyə qalxacaq!?
ANAR_admin: Əlbəttə inanıram...inanıb bu yola çıxmışam!! Əsas odur inanmaq... uğura çatmaq üçün inam lazımdı!! Özümədə bütün adminlərədə uğurlar!
Tural2008: Bizə sözünüz?
ANAR_admin: Sizə sözüm odurki çox təşəkkür edirəmki məni seçib məndən mühasibə aldığınız üçün!! Sizədə bu yolunuzda uğurlar!! İnşallah layiqli yerinizi tutarsınız!! AMİN!
Tural2008: Səmimi söhbətə görə təşəkkür edirəm. ALLAH sizinlə olsun!!
ANAR_admin: Çox xoşdu,buyurun!! Məndə təşəkkür edirəmki belə gözəl suallara görə!! Allah Allahla olan bütün hamı ilə olsun! AMİN!! Xəbəri hazırlayanlar: Sualları hazırladı: damla_ Photoshopda işlədi: Tural2008 Müsahibəni götürdü: Tural2008
|
 |
|
Baxılıb: 827
|
|
Məlumat
Şərh Əlavə edə bilməniz üçün Saytımıza Qeydiyyat Olmanız Lazımdır.