|
|
|
|
 Tural2008: Özünüzü tanıdın.
Kami_Kayfda: Kamran Budaqov
Tural2008: Sizi bizə və ən əsası da saytınızın istifadəçilərinə tanıdan statusunuz- belə deyək də ,bir növ virtualda olan vəzifəniz olub: Admin. Bu günə qədər nə qədər vəzifəniz ciddi görünməyi tələb edibsə,bu gün də biz sizdən suallarımızda tam səmimi olmağı xaiş edirik . Adminliyə gətirən cığır hardan başladı? Bu istəyin yaranma səbəbi?
Kami_Kayfda: Həvəsim çoxdu həmdəki istəyirem aznetdə olmayanları istifadəçilərimə təqdim edim və insanlar üçün çalışım, saytımdada qeyd eləmişəm
Tural2008: Əgər admin olmasaydınız ,hansı status sahibi olmaq istərdiniz?
Kami_Kayfda: İstifadəçi
Tural2008: Əlinizdəki imkanlardan sui-istifadə etdiyiniz an olubmu?(tam səmimi)
Kami_Kayfda: Hmm... hərdən olub.Təbii haldı
Tural2008: Admin olmaq üçün ilk növbədə hansı xüsusiyyətlərə malik olmalısan?
Kami_Kayfda: Fərqi yoxdu insan olmalısan
Tural2008: Virtual vəzifənizdən bezdiyiniz gün olubmu?
Kami_Kayfda: Hə olub həmdə çox
Tural2008: Bu günə qədər saytda öz yerləşdirdiyiniz mövzulardan ən çox sevdiyiniz mövzu?
Kami_Kayfda: Yadımdan çıxıb
Tural2008: Saytdakı userlerden hər biri adminə əziz olur ayrı-ayrılıqda. Amma həmişə bir user olur ki, onun yeri admin üçün xüsusi olur. O kimdir?
Kami_Kayfda: "Oceans" Baş Redaktorumuz
Tural2008: Kimi üç dəfə ban etmək keçib ürəyinizdən ?Və niyə? Və niyə görə də ban etməmisiniz?
Kami_Kayfda: “Romantik” adlı istifadəçi var idi saytımda istədim onu ban edim sonra fikrimi dəyişdim
Tural2008: Bilsəniz ki, istifadəçilər sizi üzdə -belə deyəkdə , çox istəmələrinə baxmayaraq arxada tam əksidir - yəni sizi heç istəmirlər ,həmin an səmimi olaraq nə edərsiniz?
Kami_Kayfda: Vallah o vaxt ağlıma nə gəlsə onu dəyərəm...
Tural2008: Hansı userden heç narahat deyilsiniz? Yəni el dilində desək o userdən gözünüz arxada deyil.
Kami_Kayfda: Çoxdu
Tural2008: Niyə bəzi saytlar istisna olmaqla müxtəlif sayt adminləri arasında əsl düşmənçiliyə bənzər bir növ rəqabət gedir?
Kami_Kayfda: Mən heçkimlə rəqabət aparmıram mənim üçün başqasından üstün olmamız əhəmiyyətli deyil. Əsl əhəmiyyətli olan şey, dünənki halımızdan üstün olmamızdır !!!
Tural2008: Niyə hər kəs reklamını paylasa da, ama “Bizim reklama ehtiyacımız yoxdur” deyir?
Kami_Kayfda: Oda bir reklamdı
Tural2008: Niyə hər hansı layihə zamanı əlində İP-lərə baxmaq səlahiyyəti olmayan redaktorlar belə “İP-lərə nəzarət edirəm” deyir?
Kami_Kayfda: Belə birşey başıma gəlmiyib ona görədə bilmirəm
Tural2008: Həyatda ən gözəl status hansıdır?
Kami_Kayfda: Həyatda insan statusu varsa o yaxşıdı
Tural2008: Əgər adminlikdən çıxıb getməli olsaydınız yerinizi təmənnasız olaraq hansı userə verərdiniz?
Kami_Kayfda: Yəqin ki, belə olacaq amma Admini heç kim görməyəcək Baş redaktorlarım var ))
Tural2008: Ban olunduğunuz sayt olub? Mütləq deyil adını çəkməniz ,amma olub-olmadığı mütləqdir.
Kami_Kayfda: Yaralı yerimdi aznetə ancaq proxy ilə girirəm
Tural2008: Böyük, maraqlı yoxsa qərəzsiz. Hansına daxildir saytınız?
Kami_Kayfda: Maraqlı
Tural2008: Status nəyə görə verilir?
Kami_Kayfda: Status aktiv user olduğuna görə saytda can atdığına görə
Tural2008: Bir gün hər kəs yəni bütün istifadəçilər sizi tək tənha qoyub getsələr ,onları geri çağırardınız ,yoxsa saytınıza yeni istifadəçilərin gəlişini gözləyərdiniz?
Kami_Kayfda: Gedən Getmişdir Getdiyi An Bitmişdir
Tural2008: Virtual aləm insanı bir növ özünə çəkir. Real aləmə baş çəkməyə neçə saat vaxtınız qalır?
Kami_Kayfda: Elə olur real aləmə baş çəkməyə dəyqələrim olur elə olur günlərim
Tural2008: Mərasim (Party) təşkil etmək adminlərə niyə maraqlı olur?
Kami_Kayfda: Mənə maraqlı deyil amma reytinqə görə
Tural2008: Saytınızın qəfildən hack xəbərini eşitsəniz və həmin an saytınızın vebmasteri çağırılması mümkün olmayan yerdədir. İlk təcili yardım kimi hansı vasitəyə əl atardınız?
Kami_Kayfda: Özüm webmasterəm ,heç kimə ehtıyacım yoxdu
Tural2008: Özünüzü ədalətli admin hesab edirsiniz?
Kami_Kayfda: Hə, bunu mənim saytımda olan bütün istifadəçilərdən soruşa bilərsiz ,onlar sizə deyə bilər.
Tural2008: Briliant userlər doğurdanmı adminin sevdiyi olur?
Kami_Kayfda: Yox
Tural2008: Ban edib sonra peşman olduğunuz user?
Kami_Kayfda: Yox... yoxdu.
Tural2008: İtirmək istəmədiyiniz istifadəçi var?
Kami_Kayfda: Var
Tural2008: Adını bilmək olar?
Kami_Kayfda: Şəxsidi ,deyə bilmərəm...
Tural2008: Hansı sual qaldı ki sizin ürəyinizdən keçdi ,amma bizim dilimizdən çıxmadı?
Kami_Kayfda: “10ların” suallarına yaman oxşadı aa elə sual olmadı maləsəf
Tural2008: Bizə sözünüz?
Kami_Kayfda: Hmm... qoy fikirləşim... sizə sözüm sizə can sağlığı arzulayıram və qaçıram yemək yeyim acından öldüm.
Tural2008: Oldu nuş olsun. Bizə vaxt ayırdığınız üçün təşəkkür edirəm.
Kami_Kayfda: Xoşdu Xəbəri hazırlayanlar: Sualları hazırladı: damla_ Photoshopda işlədi: Tural2008 Müsahibəni götürdü: Tural2008
|
 |
|
Baxılıb: 790
|
|
Məlumat
Şərh Əlavə edə bilməniz üçün Saytımıza Qeydiyyat Olmanız Lazımdır.