
Çelsinin ulduzu Ashley Colenin həyat yoldaşı olan pop ulduzu Cheryl Cole, Newcastle Unitedi satın almaq istədiyini söylədi.
İldə 3.5 milyon pound qazanan Ashleyin ən az onun qədər bəlkə də daha çox qazanan müğənni həyat yoldaşı, Premier Liqadan düşən Magpiesi bu vəziyyətdə görmək istəmədiyini ifadə etdi.
Bir radio proqramına qatılan 26 yaşındakı gözəl müğənninin bu günə qədər albom satışları və konsertlərdən 10 milyon pounddan çox qazandığı ifadə edilərkən, Newcastlenin Mayda təklif edilən 100 milyon poundluk rəqəmdən bəri yeni bir təklif almadığı açıqlandı.
Satılıq olan Magpies üçün "O qədər pulum olsa alardım və komandanı bu vəziyyətindən qurtarardım" deyən Tweedy ləqəbli Cheryl Cole, "Newcastleni alsam həyat yoldaşım Ashley Coleni də Çelsidən alaraq sol gözətə qoyardım" dedi.
"ƏN SEKSUAL" SEÇİLMİŞDİ
Futbolçu həyat yoldaşları arasında zərifliyi və qabiliyyətləriylə ön plana çıxan Cheryl Ann Cole, FHM-in təşkil etdiyi yarışmada, yığdığı səslərlə "2009-da Dünyanın ən seksual qadını" seçilmişdi.
Chelsea və İngiltərə Milli Komandasının ulduz adı Ashley Colenin həyat yoldaşı olan 1983 doğulan Tweedy ləqəbli Cheryl Cole, məşhur İngilis musiqi qrupu Girls Aloudun bir üzvü. 2008-də İngilis X Factorda münsiflik etmiş olan Cole FHM-in yarışmasında, Freida Pinto, Anna Friel, Kristin Kreuk, Elisha Cuthbert, Adriana Lima, Keeley Hazell, Britney Spears, Jessica Alba və Meqan Fox kimi adları geridə buraxmışdı.