Azərbaycanda ABŞ prezidenti Barak Obamanın oxşarı – rəssam Asif Mustafayev adlı birisi tapılmışdır. 31 yaşlı Asif Qəbələ rayonunun sakinlərinin diqqət mərkəzinə çevrilmişdir. Beləki o hər gün yüzlərlə öz yerliləri və qonşu şəhər və kəndlərdən gəlib maraqlananlarla şəkil çəkdirmək üçün fotokamera qarşısında müxtəlif pozalar verməli olur.
Tünd rəngli dərili olduğu üçün Asifi uşaqlıqdan elə qarabala çağırarmışlar. Amerikadakı Prezident seçkilərindən sonra isə onu artıq Obama deyə çağırmağa başladılar. Bu gənc rəssamın xoşu gəlir. Hətta o rəssam köynəyini kostyumla dəyişmişdir ki, daha çox Amerikalı prezidentə bənzəsin. ABŞ prezidentinin Azərbaycanlı oxşarı fəal olaraq dünya siyasəti ilə maraqlanmaya başlamışdır. Bakıya gələn televiziya nümayəndələrinə Asif danışmışdır ki, indi onun arzusu Obama ilə görüşüdür,beləki bu görüşdə o ürək dolusu ilə Azərbaycan və Dağlıq Qarabaq problemi barədə danışardı ABŞ prezidentinə.