CanBaku.Net Facebookda

Ağdamın işğalından 17 il keçir


Bu gün Ağdam rayonunun işğalından 17 il keçir. Ərazisinin 70 faizini itirən Ağdamın işğalı ilə Azərbaycan iqtisadiyyatı 3 milyard manat vəsait itirib. 40 min ha-dan çox əkin sahəsi olan və ölkənin ən iri aqrar rayonlarından sayılan Ağdamda indi 17 min ha sahədə əkin aparılır.

23 iyul 1993-cü ildə birinci Qarabağ müharibəsinin ən geniş miqyaslı əməliyyatlarından biri baş verib. 1993-cü ilin iyun-iyul aylarında Gəncə və Bakıda baş verən hadisələr ermənilərə Qarabağ cəbhəsində hücum əməliyyatlarını genişləndirmək imkanı verir. Ağdam üzərinə edilən birinci hücum nəticəsiz qaldıqdan ermənilər qüvvəni Ağdərə istiqamətində cəmləşdirir. İyunun 26-da Ağdərə düşmən əlinə keçir. Bunun ardınca ermənilərin iki ordu korpusu Ağdam istiqamətində əməliyyata başlayır. 600 minlik erməni ordusuna qarşı əsasən könüllülərdən ibarət və düşməndən sayca az olan Azərbaycanın Milli Ordusu dururdu. 42 gün davam edən döyüş Ağdamın işğalı ilə sona çatır.

Mənbə: http://www.anspress.com
Daha Ətraflı: http://az.wikipedia.org
Baxılıb: 565

Нет наград :(
Adı: SƏID
Qeydiyyat tarixi:7.09.2007
Rəyləri: 531
Səviyyəsi: (0|0|0)
Xəbərləri: 264
ICQ: 55

martin
| 25 İyul 2010 21:04

ALLAH VETEN UGRUNDA OLENLERE REHMET ELESIN
İmza şəkili (userbar)
Məlumat
Şərh Əlavə edə bilməniz üçün Saytımıza Qeydiyyat Olmanız Lazımdır.