SÉ™n getdin.. » WWW.CANBAKU.NET:::#1 Azerbaijan Exclusive Portal:::
 
  WWW.CANBAKU.NET:::#1 Azerbaijan Exclusive Portal::: » Sevgi,Hekayə » SÉ™n getdin..  
 
  8-02-2010, 15:04
 
Sən getdin..
Sevgi,Hekayə Müəllif: student_mgus › 8-02-2010, 15:04 › Baxılıb: 309
   
   

 

Sən getdin..


Sən getdin... Getdin və dayandı zaman. Bitdi əqrəb ilə dəqiqə əqrəbinin yarışı. Susdu, ürəyimin ayaq səsləri, kəsildi nəfəsim. Axan bir tək sən idin gözlərimdə, gedişin idi. Və bir də xatirələrim idi, mavi mavi, gözlərimdən... Xatirələrimi də aldın yanına ayaq səslərinlə, mavi damlalarım qalırdı bir tək. Və onlar da axırdı gözlərimdən, ayaq səslərinlə damla damla…

Sən getdin… Arxana baxmadı gözlərin və eşitmədi yox olmağımı qulaqların.

Getdin… Geridə ayaq səslərin qaldı ..Artıq səkilərim sənsiz, səkilərim yaş, səkilərim yetim. Bir sən var idin həyatımda, getdin… Geridə sənsizlik qaldı, səkilərim qaldı… Və bir də ayaq səslərin.

Buraxıb getdiyin kimi hər yer, onsuz da zaman dayanmışdı artıq, nəfəs alan da mən deyiləm, səkilərdəki ayaq səsi də… Zaman dayandı… Ayrılarkən əllərin əllərimdən, zaman dayandı gözlərin qaçınca uzaqlara. Və sən də qaçdın gözlərin kimi… Bir tək əlinin istiliyi qaldı əllərimdə, və bir də xəyalin ağlımda, və bir də sevgin ürəyimdə… Sən getdin, və bir ürəyim qaldı və bir də sevgin ürəyimdə…
Sən getdin… Parça parça oldu hər yerim,hər şeyim… Ayaq səslərinlə töküldü bir-bir parçalarım, mavi mavi, göz yaşlarımla birlikdə, yaş səkilərə axdı parçalarım. Zaman dayanmışdı onsuz da,amma axan parçalarım idi yaş səkilərimdə, tək səkilərimdə təkliyə axan parçalarım idi, dayanan zamana inad.
Sən getdin..
Sən getdin… Getdin, və yanımda parçalarımı da apardın. Çünki sən nəfəsim idin. Çünki sən atəşim idin. Çünki sən mən idin. Gözlərin mənim bir parçam idi, və bədənin, və isti nəfəsin , və hər zərrən… Sən mən idin, mənliyim idin, hər zərrəm idin. Sən getdin və məni yanında apardın, buraxıb məni yaş səkilərdə. Getdin, getdin və mənliyimi apardın, məndəki səni apardın, buraxıb məni ayaq səslərinlə baş-başa.

Sən getdin... Getdin və dayandı zaman… mənliyimi aldı əllərin sürüşərkən əllərimdən. Mənliyim sən idin, sən mənliyim idin, sən mən idin, sən hər şeyim idin… Getdin və səni apardın yanında… bir tək gedişin qaldı, titrək titrək, gözlərimin içində…

Getdin və zaman dayandı… Sən mənsən, sən mənliyimsən, sən hər zərrəmsən… Getdin və zaman dayandı. Sən mən qalacaqsan,mənliyim qalacaqsan,sən məndə qalacaqsan.

Fikirlərinizi bildirməyi unutmayın !!





 
   
 
Yazdı: martin (9 Fevral 2010 18:16) olan Xəbərləri: 267 | Rəyləri: 532

Getmedim burdayam :))) Xebere gore Twk edirem
 
 
   
 
Yazdı: cansum (10 Fevral 2010 00:49) olan Xəbərləri: 0 | Rəyləri: 17

TWK-LER MARAQLI IDI
 
 
   
 
Yazdı: Afran (11 Fevral 2010 01:30) olan Xəbərləri: 1 | Rəyləri: 263

Salam men tezeyem bu saytda,xebere gore TWKR)
 
 
   
 
Yazdı: danger_gs (11 Fevral 2010 23:24) olan Xəbərləri: 2 | Rəyləri: 109

gedenin daliyca aglamazlar
 
 
   
 
Yazdı: Nika (12 Fevral 2010 19:27) olan Xəbərləri: 12 | Rəyləri: 280

Sən getdin… Getdin, və yanımda parçalarımı da apardın. Çünki sən nəfəsim idin. Çünki sən atəşim idin. Çünki sən mən idin. Gözlərin mənim bir parçam idi, və bədənin, və isti nəfəsin , və hər zərrən… Sən mən idin, mənliyim idin, hər zərrəm idin.

görəsən indi belə hisslər qalib?
 
 
   
 
Yazdı: dangerous_angel (13 Fevral 2010 21:06) olan Xəbərləri: 0 | Rəyləri: 5

heleki geden yoxdu(zarafat)
tesekkurler
 
 
   
 
Yazdı: glamour_24 (13 Fevral 2010 22:04) olan Xəbərləri: 1 | Rəyləri: 60

Maraqli idi feel

--------------------
Te amo
 
 
   
 
Yazdı: student_mgus (15 Fevral 2010 19:13) olan Xəbərləri: 60 | Rəyləri: 203

_mulatka_,
var...var ki yaziram...
 
 
   
 
 
       
    Məlumat: "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
 
    Ana Səhifə
    Xəbərlər
    Şou Biznes
    Proqramlar
    Yumor
    Video,Kino və Klip
    Moda
    Musiqi
    Sevgi və Hekayə
    Mobil Dünya
    Tanınmışlar
    Müsahibə
    Şəkillər
    Veb Usta
    Skriptlər
    Maraqlı
    Ekskluziv
    Müxtəlif
    Anatomiya
İstifadəçi adı:
Şifrə:
qeydiyyat unutdun?
    WaP
    Tanışlıq
    Facebookda
    Twitterdə
    MySpacedə
    Blogspotda
    YouTubeda
    Wordpressdə
    Livejournalda
    Bizimlə əlaqə
  Yeni dizaynımızı bəyəndiz?
Bəli
Xeyr
   
«    Sentyabr 2010    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 













 


© 2007-2010 Design by MamedovArt.Ru