| |
|
Azərbaycan ərazisində güclü qarın yağması ilə əlaqədar Bakı şəhərinin Heydər Əliyev Beynəlxalq Hava Limanı fəaliyyətini müvəqqəti dayandırıb.
Hava Limanından «APA-ECONOMICS»ə verilən məlumata görə, hava şəraitinin kəskin pisləşməsi ilə bağlı Bakı aeroportu bu gün səhər saatlarından işini dayandırıb. «Hava limanı həm ölkəyə gələn aviareysləri qəbul etmir, həm də Bakıdan ölkə kənarına gedən uçuşları yerinə yetirmir. Buna baxmayaraq, aeroportun müvafiq xidmətləri uçuş zolaqlarının təmizlənməsini davam etdirir», - deyə Hava Limanından bildirilib.
Qeyd edək ki, yerli hidrometeoroloji xidmətlərin məlumatına görə, qarlı hava şəraiti yaxın 2-3 gün ərzində davam edəcək.
|
|