| |
|
Bıçaqlanan 19 yaşlı oğlan yerindəcə dünyasını dəyişib
Fevralın 4-də saat 20 radələrində Şəmkir rayon Zəyəm-Cırdaxan kənd sakini, 1993-cü il təvəllüdlü Əsgərov Şöhrət Lətif oğlu mübahisə zəminində həmyerlisi, 1991-ci il təvəllüdlü Hacıyev Tural Nəbi oğlunu ürəyindən bıçaqlayıb.
Şəmkir rayon Prokurorluğundan Lent.az-ın Gəncəbasar müxbirinə verilən məlumata görə, oğlan yerindəcə dünyasını dəyişib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə iş açılıb, araşdırma aparılır.
|
|