| |
|
 Sevgi və mərhəmət ümmanı…
O insanlara sevgini oyrətdi, xeyirxahlığı, dara yetişməyi öyrətdi.Kin ilə, ədavət ilə, nifrətlə işi olmadı. Ona pislik edənləri də bağışladı.
Mərhəmət edənə Allah da mərhəmət edər buyurdu. İnsanları da sevirdi, heyvanları da, ağacları da. Dört bir tərəfinə xeyirxahlıq saçırdı, qayğı göstərirdi.
O dünyanı dəyişdi
Həzrəti Məhəmməd(s.ə.s) elə bir zamanda bu dünyaya təşrif buyurmuşdu ki, dörd tərəf zülm içində inləyirdi. Kasıbı, gücsüzü bir andaca tapdalayıb keçirdilər. Güclü gücsüzün əlində olan-qalanı tutub alır, acizin haqqı tapdalanırdı. O belə bir zamanda dünyaya göz açmışdı. Qadın insan hüquqlarından məhrum idi, öldürsən belə kimsə səbəbini soruşmazdı. O gəldi və hər şey dəyişdi. Ayaqlar altında inləyən qadını başımızın tacı elan etdi. Qanunla Quran nazil oldu, İslam gəldi. İslam ən gözəl əxlaqdır. Bəşəriyyət onun gəlişi ilə yeni mərhələyə qədəm qoydu. İnsanlar keçmiş hərəkətləri üçün əzab çəkdilər, peşman oldular. O sevgi ümmanı idi. Ətrafdakılar onun nur çeşməsi ilə təmizlənib xoşbəxtliyə qovuşdular.
Əbədi müəllim!…
Peyğəmbərimiz(s.ə.s) insanlara xoşbəxtliyin yolun göstərdi, Haqqı , ədaləti öyrətdi. O müəllimlər müəllimi , ustadlar ustadıdır. Onun həyatı insanlar üçün ən gözəl dərslik kitablarından biri sayılır. Əxlaqı Quran exlaqıdır. Söyləyirlər ki alimlər peyğəmbərimizin(s.ə.s) varisləridir. Amma bir məsələ də var ki, insan gərək öz öyrəndiyinə bildiyinə əməl eləsin. Ona görə də peyğəmbərimiz həm həyatı, həm söylədikləri ilə insanlara gerçəkləri gözəllikləri öyrətmişdir.
Güllərin ən gözəli…
Şərq ədəbiyyatında Peyğəmbərimizi(s.ə.s) vəsf edən əsərləri bir araya cəmləsək, minlərlə cild qalın kitablar alınar. Möminlər onu öz canından çox sevirlər.
Əsrlər uzunu şərqdə irihəcmli əsər yazan şairlər öncə Allahı vəsf edər, sonra Peyğəmbərimizi(s.ə.s) , sonra da əsərlərinə başlardılar. Bu qayda demək olar ki, əsrlər boyu pozulmayıb, dəyişməz qalıb. Qızılgülü ona bənzədiblər.
Əslində o bütün güllürdən, çiçəklərdən daha gözəl idi, amma yenə bu şərəfə qızılgülü layiq gördülər.
|
|