Allah Hər Şeyi Bilir. » WWW.CANBAKU.NET:::#1 Azerbaijan Exclusive Portal:::
 
  WWW.CANBAKU.NET:::#1 Azerbaijan Exclusive Portal::: » İslam » Allah Hər Şeyi Bilir.  
 
  11-11-2009, 09:46
 
Allah Hər Şeyi Bilir.
İslam Müəllif: martin › 11-11-2009, 09:46 › Baxılıb: 287
   
   

 

Allah Hər Şeyi Bilir.


Cənabı Haqq bir ayəti kərimədə belə buyurar:

"Qiyamət vaxtını bilmək Ona aiddir. Onun məlumatı və icazəsi olmadan nə bir meyvə tumurcuğundan çıxa bilər, nə hər hansı bir dişi hamilə qala bilər, nə də hamilə olan biri balasını doğura bilər. Gün gəlir: «Haradaymış mənə ortaq saydığınız şeylər?» deyə səs edər də, müşriklər: «İçimizdən buna şahidlik edəcək bir tək adam belə olmadığını sənə ifadə edərik!» deyərlər." (Fussılət, 47)

* * *

Xıdır (ə.s)ın, Hz. Musaya əcaib, qəraip və hikməti məchul hadisələr göstərdiyi səyahət əsnasında, bir sərçə quşu gələrək mindikləri gəminin kənarına qonmuşdu. Sonra dənizdən dimdiyiylə su götürdü. Allahın özünə qatından bir elm öyrətdiyi Xıdır (ə.s) (Kəhf, 65), bu mənzərəni Hz. Musaya göstərdi və bu təşbehdə oldu:

"Allahın elmi yanında sənin, mənim və bütün məxluqatın elmi, bu quşun dənizdən dimdiyiylə götürdüyü su qədərdir." (Buxari, Təfsir, 18/4)


Cənabı Haqq bir ayədə belə buyurur:

"De ki: İçinizdəkini gizləsəniz də, açıqlasanız da mütləq Allah onu bilər. Göylərdə və yerdə olan bütün şeyləri də bilər. Allah, hər şeyə qadirdir." (Ali İmran, 29)

* * *

Allahın, qullarının bütün hərəkətlərindən xəbərdar olduğunu ifadə üçün "Xəbir" adı Qurani Kərimdə dəfələrlə xatırladılar. Məsələn "Şübhəsiz ki O, sizin etdiyiniz hər şeydən xəbərdardır" buyurular. (Nəml, 88) Yəni, sizlərə ağıl, şikayət və əşyaya hökm etmə gücü verdikdən sonra Allahın, əməl və hərəkətlərinizdən xəbərsiz olmasını və yer üzündəki vəzifələrinizi necə etdiyinizi bilmədiyini zənn etməyin.

Cənabı Haqqın "Xəbir" adı şərifi, "Heç bir şey gizli qalmayacaq şəkildə bilən", "Gizli xəbərlər özündən gizli qalmayan, mülkündə olub bitən hər şeydən, hər zərrədən xəbərdar olan" mənalarına gəlir.

* * *

İbn Məsud -radıyallahu ənh- belə izah edər:

Qarın yağları çox (kök), ürəklərinin anlayışı qıt iki Qureyşli və Sakifdən bir hısımları Beytin yanında oturmuş danışırdılar. Bir-birlərinə:

"-Nə deyərsiniz, görəsən Allah bizim sözlərimizi eşidirmi?" dedilər. Biri:

"-Hərhalda bəzisini eşidər, bəzisini eşitməz." dedi. Bir başqaları:

"-Əgər bir qisimini eşidirsə heç şübhəsiz hamısını eşidər; ya da açıqdan söylədiyimizi eşidirsə gizli söylədiklərimizi də eşidər" dedi. Bunun üzərinə bu ayələr nazil oldu:

"Siz nə qulaqlarınızın, nə gözlərinin, nə də dərilərinizin əleyhinizə şahidlik etməsindən çəkinmirdiniz, etdiklərinizin çoxunu Allahın bilməyəcəyini sanırdınız. Buda Rəbbiniz haqqında bəslədiyiniz bu zənn var ya, bax sizi o məhv etdi və ziyana uğrayanlardan oldunuz." (Fussılət, 22-23) (Buxari, Təfsir 41/1, 2, Tövhid, 41; Müslim, Sıfatu'l-Münafikin 5; Tirmizi, Təfsir 41/3248)





 
   
 
Yazdı: VIP_Girl (11 Noyabr 2009 11:37) olan Xəbərləri: 50 | Rəyləri: 340

Bəli Allah hər şeyi bilir =))))
Xəbərə görə Təşəkkürlər =)))))

--------------------
 
 
   
 
Yazdı: serjant_ N.N (13 Noyabr 2009 16:04) olan Xəbərləri: 0 | Rəyləri: 5

ELBETTE ALLAH her seyi bilir
 
 
   
 
Yazdı: martin (14 Noyabr 2009 16:38) olan Xəbərləri: 267 | Rəyləri: 532

Fikirləriniz ücün tşkler
 
 
   
 
Yazdı: FaNaT783 (17 Noyabr 2009 21:07) olan Xəbərləri: 0 | Rəyləri: 4

TANRI HER SEYI BILEN VE GORENDI.[/color]
 
 
   
 
Yazdı: Mehdi207 (8 Dekabr 2009 17:49) olan Xəbərləri: 0 | Rəyləri: 6

Rehman Ve Rehim Olan Allah Her sheyi Bilendir.

Özümü və Sizləri İlahi Təqvaya Dəvət edirəm.
 
 
   
 
Yazdı: Nika (10 Dekabr 2009 11:59) olan Xəbərləri: 12 | Rəyləri: 280

Thanx
 
 
   
 
Yazdı: Rufet TAGI (19 Dekabr 2009 21:18) olan Xəbərləri: 0 | Rəyləri: 10

Uca, qüdrətlilər Qüdrətlisi, bağışlayanlar Bağışlayanı və aləmlərin Rəbbi olan Allah əlbət də ki, hər şeyi bilir. Buna bir insanın belə şübhəsi olmamağı lazımdır. Əks halda həmin insan çox böyük günahlardan birisini etmiş olar. Çox gözəl xəbərdir, minnətdaram...
 
 
   
 
Yazdı: TCAZER (25 Dekabr 2009 13:18) olan Xəbərləri: 0 | Rəyləri: 3

ELBETDEKI ALLAH herweyi bilir,gorur
 
 
   
 
Yazdı: canada2010 (24 Yanvar 2010 00:55) olan Xəbərləri: 0 | Rəyləri: 1

Bu menim de xosuma geldi, amma eger muellimimizin dediyi kimi duzgûn emeller etseydik???
 
 
   
 
Yazdı: danger_gs (11 Fevral 2010 23:38) olan Xəbərləri: 2 | Rəyləri: 109

allah razi olsun
 
 
   
 
Yazdı: Afran (14 Fevral 2010 23:44) olan Xəbərləri: 1 | Rəyləri: 263

Allah razi olsun ,Allah haqdir.
 
 
   
 
Yazdı: Hasan Ibn Ali (24 Fevral 2010 13:45) olan Xəbərləri: 0 | Rəyləri: 2

Kimin zarra qadar shubhasi olsa kafir olar.Allah ichimizdan kechanlarida bilir!!!Alhamdulllah!
 
 
   
 
 
       
    Məlumat: "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
 
    Ana Səhifə
    Xəbərlər
    Şou Biznes
    Proqramlar
    Yumor
    Video,Kino və Klip
    Moda
    Musiqi
    Sevgi və Hekayə
    Mobil Dünya
    Tanınmışlar
    Müsahibə
    Şəkillər
    Veb Usta
    Skriptlər
    Maraqlı
    Ekskluziv
    Müxtəlif
    Anatomiya
İstifadəçi adı:
Şifrə:
qeydiyyat unutdun?
    WaP
    Tanışlıq
    Facebookda
    Twitterdə
    MySpacedə
    Blogspotda
    YouTubeda
    Wordpressdə
    Livejournalda
    Bizimlə əlaqə
  Yeni dizaynımızı bəyəndiz?
Bəli
Xeyr
   
«    Sentyabr 2010    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 













 


© 2007-2010 Design by MamedovArt.Ru